Dünya

Separatçı komandadan qovulan Vardanyan HƏDDİNİ AŞDI – İrəvanda...

25 Fevral 2023 08:43
Baxış: 2 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvanda "artsax respublikasının beynəlxalq səviyyədə tanınmasının imperativi" adlı separatçı tədbir keçirilir.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bədnam tədbirə Ermənistan müxalifətinin və erməni separatçılarının nümayəndələri qatılıb.

Bu haqda açıqlama verən "Milli Gündəm" partiyasının sədri Avetik Çələbyan deyib ki, "tədbir"də iştirak üçün Ermənistan hökumətinin nümayəndələrinə də dəvət göndərilib, amma heç biri gəlməyib.

"Tədbir"in təşəbbüskarlarından biri də dünən separatçı komandadan qovulmuş Ruben Vardanyandır. O, çıxışında Azərbaycana qarşı həddini aşan sözlərə yer verib. Vardanyan qondarma rejimin "beynəlxalq səviyyədə tanınması" və "müstəqilliyindən" danışıb. O, bunun "yeganə çıxış yolu" olduğunu sayıqlamasını da dilə gətirib.

Ruben Vardanyanın dünən separatçı komandadan qovulduqdan dərhal sonra Xankəndidən Ermənistanın paytaxtına gəlməsi də diqqət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.