Dünya

Erməni generalın nədə ittiham olunduğu AÇIQLANDI

21 Fevral 2023 21:16
Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın 3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun saxlanılmasının səbəbi açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, o, çirkli pulların yuyulmasında ittiham olunur.

Məlumata görə, Xaçaturov 2006-2010-cu illərdə hərbi hissələrdən birinin komandiri olduğu vaxtda vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Xatırladaq ki, Xaçaturov fevralın 20-də saxlanılıb. Onun həbsi ilə bağlı bu gün məhkəmənin vəsatət qaldıracağı gözlənilir.

General Qriqori Xaçaturov Baş Qərargahın keçmiş rəhbəri və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğludur. 2021-ci ilin iyulunda kiçik Xaçaturov 3-cü Ordu Korpusunun komandiri vəzifəsindən azad olunub. O, daha sonra bir neçə dəfə müxalifətin hökumət əleyhinə etiraz aksiyalarında iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.