Dünya

Suriyada zəlzələdə 5 nəfər öldü

21 Fevral 2023 07:30
Baxış: 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suriyada baş verən zəlzələ zamanı 5 nəfər ölüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Hələb və Tartus şəhərlərində baş verən yeraltı təkanlar nəticəsində yaranan çaxnaşma və izdiham nəticəsində 4 nəfər ölüb.

"Sky News"un məlumatına görə, daha bir qadın Aralıq dənizi sahilində yerləşən Latakiya şəhərində ölüb.

Ölənlərdən bəziləri ilk zəlzələ zamanı ürək tutmasından dünyasını dəyişib.

Zərərçəkənlərlə bağlı məlumatlar müxtəlifdir.

"Sky News" xəbər verir ki, Latakiyada 100-dən çox yaralı var. Əl Hadath xəbər verir ki, SAR boyu 470 zəlzələ qurbanı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.