Dünya

Blinken: Müharibə Rusiyanın gələcəyini məhv etdi

20 Fevral 2023 19:00
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya bu müharibəni başladaraq bizi bölə biləcəyini, Ukraynanı işğal edərək öz ərazilərinə qata biləcəyini düşündü, lakin bunun tam əksini əldə etdi".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken NTV-yə müsahibəsində deyib.

"Putin bu müharibəni başladaraq həm də öz ölkəsinə böyük zərər vurdu. 1000-dən çox böyük şirkət Rusiyanı tərk edib. Ölkənin iqtisadiyyatı pisləşir. Sanksiyalar səbəbindən bu ölkə özünün ən kritik sənayelərini moderinizasiya edə bilməyəcək. Ən əsası bu ölkə indiyə qədər 200 minədək itki verib, bu isə 50 min - 60 min ölü və yüz mindən çox yaralı deməkdir. Bir milyona yaxın şəxs Rusiyanı tərk edib, bu insanlar müxtəlif sahələrdə çalışan qabiliyyətli insanlardır. Rusiya hökuməti əvvəl-axır ağlını başına toplamalıdır. Mənim Rusiya xalqına müraciət etmək imkanım olsa idi onlardan bir sual soruşardım: Baş verənlər sizə nə xeyir verdi?! Bu müharibə ilə Rusiyanın da gələcəyi məhv oldu.

Biz Ukraynanın ərazi bütövlüyünü bərpa etməsi, müstəqil və suveren ölkə kimi mövcudluğunu gücləndirməsi üçün bu ölkəyə dəstək verməyə davam edəcəyik, Rusiyaya təzyiq göstərməyə davam edəcəyik və eyni zamanda Alyans daxilində təhlükəsizliyimizi gücləndirəcəyik, çünki Rusiyanın nə edəcəyi bəlli olmaz", - Blinken qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.