Dünya

"Rusiya ilə qarşıdurma uzun illər davam edə bilər"

17 Fevral 2023 08:52
Baxış: 621

NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzana bilər, bu səbəbdən alyans hadisələrin belə inkişafına hazır olmalıdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

"Biz uzun müddətə hazırlaşmalıyıq, bu, uzun illər çəkə bilər", - deyə o, bəyan edib.

Stoltenberq əmin olduğunu bildirib ki, alyansa üzv olan 30 dövlət hələ də Ukraynanı dəstəkləməyə sadiqdir və onu silah - sursatla təmin etməyə hazırdır.

O hesab edir ki, Rusiya Federasiyasının uğuru ukraynalılar üçün faciəyə çevriləcək, həm də digər ölkələr üçün təhlükə yaradaraq beynəlxalq mübahisələrin güc yolu ilə həll oluna biləcəyini göstərəcək.

Milli.Az

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics