Dünya

Tamamilə yox olan kəndin sakini: "Altı övladımı, nəvələrimi itirdim..." - VİDEO

15 Fevral 2023 13:31
Baxış: 2 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə fevralın 6-da baş verən zəlzələ bəzi kəndləri demək olar ki, tamamilə yerlə-yeksan edib. Bunlardan biri də yeraltı təkanların episentri olan Pazarcık rayonunun (Kahramanmaraş) Ördekdede kəndidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, zəlzələdə yaxınlarını itirənlər və dağıntılar altından xilas edilənlər həmin anları göz yaşları içində danışıblar.

"Balalarımı itirdim, hamısını itirdim. Çaşqınam, altı övladımı, nəvələrimi, oğlumu itirdim", - deyə kənd sakinlərindən Türkan Merter hönkürərək danışıb.

86 yaşlı Abdi baba isə ailəsinin 7 üzvünü itirib.

"Ölsəm bundan yaxşı idi, ölmədim, nə edim, uşaqlarımın yaşadığı evlərin ikisi də yerlə-yeksan olub", - deyə kişi bildirib.

Hatice Ünal isə dağıntılar altında oğlu ilə birlikdə qalıb.

"Beton gəldi, üçbucaq şəklində dayandı. Həyat yoldaşım qaranlıqda məni saçımdan tapdı və torpağın altından çəkərək xilas etdi", - deyə qadın bildirib.

Məlumata görə, kənddə ümumilikdə 33 nəfər həlak olub. Ərazidə AFAD-ın koordinasiyası ilə çadırlar qurulub və vətəndaşların ehtiyacları ödənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.