Dünya

ABŞ-dan Suriya ilə bağlı çağırış: Səs verin!

13 Fevral 2023 21:36
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ BMT TŞ-ni Suriyaya transsərhəd yardımın çatdırılması üçün əlavə iki məntəqənin açılmasına dair qətnaməyə səs verməyə çağırır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

"Türkiyə və Suriyada baş verən zəlzələlərin səbəb olduğu humanitar böhran beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlər görülməsini tələb edir. BMT rəhbərliyi tərəfindən Suriyanın şimal-qərbindəki insanlara yardımın çatdırılması üçün Təhlükəsizlik Şurasının iki əlavə məntəqənin açılmasını təsdiqləməsi ilə bağlı çağırışları eşitmişik, biz dərhal qətnaməyə səs verməliyik", - Qrinfild qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.