Dünya

Bu ölkədə 5,9 bal gücündə zəlzələ oldu

8 Fevral 2023 23:27
Baxış: 2 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 8-də Hondurasda 5,9 maqnituda gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Mərkəzi Amerika ölkələrində və Meksikanın cənubunda da hiss edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, zəlzələnin episentri Honduras körfəzinin sahilində olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib. Zəlzələ Türkiyə və Suriyadakı ardıcıl yeraltı təkanlar silsiləsindən iki gün sonra qeydə alınıb.

İlkin məlumatlara görə, zəlzələ Beliz, Salvador, Qvatemala, Honduras, Nikaraqua və Meksikada hiss edilib.

"El Heraldo de Honduras" qəzetinin yazdığına görə, yeraltı təkanlar 10 saniyə davam edib və ölkə əhalisi arasında təşvişə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.