“Rusiya fevral ayı ərzində genişmiqyaslı hücuma keçəcək” - ABŞ institutu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Rusiya fevral ayı ərzində Ukraynaya qarşı genişmiqyaslı həlledici hücuma hazırlaşır".
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, Ukrayna rəsmiləri Rusiya qüvvələrinin fevralın ikinci yarısında genişmiqyaslı hücuma keçəcəyini ehtimal edirlər: "Ukraynanın müdafiə naziri Oliksiy Reznikovun fikrincə, Rusiya müharibənin ildönümündə, fevralın 24-də həlledici hücuma başlaya bilər. Ukrayna ordusunun adının açıqlanmasını istməyən nümayəndəsi söyləyib ki, Rusiya yaxın 10 gün ərzində hücuma başlamaq niyyətindədir".
Bundan başqa, ABŞ analitiklərinin fikrincə, Rusiya ilə İran arasında Ukraynadakı müharibə ilə bağlı hərbi əməkdaşlıq davam edir: "Rusiyada İranın PUA zavodunun tikilməsi planlaşdırılır".
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu və Britaniya kəşfiyyatı Rusiyanın səfərbərliyin ikinci dalğasına hazırlaşdığını açıqlamışdı.
Xatırladaq ki, Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasından da bildirilib ki, qarşıdakı aylar müharibənin taleyi üçün həlledici olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki
-
Rus ordusu daha iki kəndi işğal etdi
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır





