Dünya

Bu iki ölkə “Quran"ın yandırılmasına icazə vermədi

4 Fevral 2023 21:49
Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveç və Finlandiya "Qurani-Kərim"in yandırılmasına icazə verməyib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyaya səfəri çərçivəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Norveçin Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra bu aksiyanın ləğv edildiyini bildirib.

Bundan əlavə, Finlandiya xarici işləri naziri də türkiyəli həmkarına bu cür addımın atılmasına ölkəsi ərazisində icazənin verilməyəcəyini söyləyib.

Çavuşoğlu, müqəddəs kitabların yandırılmasının cinayət olduğunu, ifadə azadlığı ilə əlaqəsinin olmadığını vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.