Dünya

-50 temperaturda olan şəhər - VİDEO

30 Yanvar 2023 18:40
Baxış: 1 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada qarla örtülmüş Yakutsk şəhəri -50 temperaturda lentə alınıb.

Milli.Az bildirir ki, Rusiya şəhərinin kadrlarını videoqraf Mayk Mixaylyuk öz İnstaqram səhifəsində yayımlayıb.

Video sənətçinin çəkdiyi kadrlarda şəhər əhalisi görünmür - yalnız qar, buz və şaxta, şəhər "buzlu" mavi işıqla işıqlandırılıb. Paylaşımın altındakı şərhlərdə Mixaylyukun bəzi abunəçiləri qeyd ediblər ki, bu videoya baxmaqdan üşüyürlər.

Digərləri, Yakutiya sakinləri əlavə ediblər ki, -50 respublikada yaşadıqları ən pis temperatur deyil. "-50 normadır. Kəndimdə -65, mən Yakutiyadanam", - deyə abunəçilərdən biri yazıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.