Dünya

Ukrayna Rusiya və Belarusun 180-dən çox şirkətinə qarşı sanksiya tətbiq edib

30 Yanvar 2023 20:51
Baxış: 763

Ukrayna Rusiya və Belarusdan olan 185 hüquqi və fiziki şəxsə, həmçinin üç fərdi sahibkara qarşı sanksiya tətbiq edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq fərman imzalayıb.

Sanksiya siyahısına nəqliyyat, lizinq, investisiya və istehsal şirkətləri daxildir. Sanksiyalar 10 il müddətinə tətbiq edilib. Məhdudlaşdırıcı tədbirlər əsasən aktivlərin bloklanmasını, kapitalın ölkədən çıxarılmasını, ticarət əməliyyatlarının və Ukrayna ərazisindən tranzitin məhdudlaşdırılmasını nəzərdə tutur.

Xatırladaq ki, daha əvvəl Ukrayna Rus Pravoslav Kilsəsinin 22 nümayəndəsinə qarşı sanksiya tətbiq edib.

Milli.Az 

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics