Dünya

Rusiya təyyarəsində növbəti gərginlik

25 Yanvar 2023 07:31
Baxış: 586

Rusiya təyyarəsində uçuş zamanı çəndən yanacaq axmağa başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, təyyarənin pəncərədə əyləşən sərnişini bu görüntüləri lentə alıb. Video "Aviatorshina" "Telegram" kanalı tərəfindən yayımlanıb.

Hadisə Soçi hava limanının uçuş-enmə zolağında Rusiyanın "Ural Hava Yolları" aviaşirkətinin təyyarəsi uçuşa hazırlaşdığı zaman baş verib.

Görüntülərdə "Airbus A321" təyyarəsinin sağ qanadının drenaj dəliyindən reaktiv yanacağın axdığı əks olunub.

Dispetçerlər pilotlara sızma barədə xəbər veriblər. Uçuş dərhal dayandırılıb, mühərriklər söndürülüb, təyyarə dayanacağa aparılıb.

"Yaxşı ki, uçmadıq", - deyə təyyarənin sərnişinləri videoya şərh veriblər.

"Həmçinin mərkəzi çəndən yanacağın avtomatik idarə olunması sistemində nasazlıq olması barədə pilotlara məlumat daxil olub. Bu halda ekipaj əllə idarəetmə rejiminə keçid edib", - deyə "Telegram" kanalı məlumat verib.

Milli.Az

İllik 12,99%-dən 40 000 manatadək zaminsiz komissiyasız kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics