Dünya

Asfalt parçası ilə dostunu öldürdü

16 Yanvar 2023 21:00
Baxış: 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada, Orenburq vilayətində 63 yaşlı tanışını asfalt parçası ilə döyərək öldürən 42 yaşlı Orsk sakini mühakimə olunub.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rayon üzrə mətbuat xidmətindən məlumat verilib.

Hadisə ötən il iyunun 11-nə keçən gecə Nikelşikov prospektindəki evlərin yaxınlığındakı meşədə baş verib. Ruslar arasında mübahisə yaranıb, müttəhim yerdən asfalt parçasını götürüb və onunla rəqibinin başına döyməyə başlayıb.

Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Hücum edən şəxs daha sonra hadisə yerindən qaçıb.

"Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il müddətinə sərt rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib", - deyə idarənin mətbuat xidmətindən bildirilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.