Dünya

Zelenski Soledardakı vəziyyətə aydınlıq gətirib: “Döyüşlər davam edir”

16 Yanvar 2023 07:14
Baxış: 1 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski hazırdakı qızğın döyüşlərin getdiyi Soledar şəhərindəki son durumu açıqlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ölkə lideri ənənəvi axşam videomüraciətində danışıb.

"Soledar, Baxmut uğrunda döyüşlər aramsız, fasiləsiz davam edir", - o bildirib.

Prezidentin sözlərinə görə, bu döyüşlər Rusiya ordusuna itkilərin verilməsi baxımdan vacibdir.

Qeyd edək ki, bu gün bənzər açıqlamanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da verib.

Xatırladaq ki, daha öncə ölkənin qeyri-rəsmi mənbələri hərbçilərin Soledar şəhərindən geri çəkildiyini bildirmişdilər.

Qeyd edək ki, 2022-ci ilin avqustun 3-də başlayan Soledar uğrunda döyüşlər yanvar ayında şiddətlənib. Belə ki, rəsmi Moskavanın birtərəfli qaydada elan etdiyi "Milad atəşkəsi"ndə Ukrayna Ordusunun müdafiə xətti yarılıb. Rusiya yanvarın 6-7-də şəhərin əhəmiyyətli hissəsini ələ keçirə bilib. Şəhərin zəbtində Rusiyaya bağlı "Vaqner" özəl hərbi şirkətinin muzdluları fəal şəkildə iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.