Dünya

Tibb bacısı məhkumla cinsi əlaqədə oldu, həbs edildi

13 Yanvar 2023 20:36
Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada, Uelsdə, Bridjend şəhərindəki həbsxananın keçmiş tibb bacısı Eliz Hibbs cinayətkarla münasibət qurduqdan sonra həbsxanaya düşüb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Hibbs 2019-cu ildə narkotik ticarətinə görə beş il həbs cəzasına məhkum edilmiş məhbus Qarri Pullenlə əlaqə saxlayıb. Daha sonra cinayətkar müəssisənin əməkdaşları ilə münasibətdə olması şübhəsi ilə başqa həbsxanaya köçürülüb. Pullen azadlığa hazırlaşmaq üçün üçüncü həbsxanaya aparılarkən müayinə zamanı onun düz bağırsağında mobil telefon tapılıb. Məhkum əlavə həbs cəzası alıb.

İstintaq zamanı məlum olub ki, Pullen Hibbslə həbsxanada tibbi yardım zamanı tanış olub, sonra isə sosial şəbəkədə qadınla əlaqə saxlayıb. Hibbs 2021-ci ilin iyulunda istefa verib, lakin bir həftə sonra həbs olunub və məhbusla mesajlaşdığını və flört etdiyini etiraf edib. Keçmiş həbsxana zabiti 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qadın iddia edib ki, onunla cinayəti törədən şəxs arasında heç vaxt cinsi əlaqə olmayıb.

Daha sonra məhkəmə öyrənib ki, Hibbs məhbusla yaxın münasibətdə olan yeganə həbsxana işçisi deyil. 25 yaşlı Rut Şmaylo da Pullenlə ünsiyyətdə olub və həbs edilib. Şmaylo dövlət qulluğunda qanunsuz davranışda ittiham edilib. Həbsxana zabiti təqsirini inkar edib. O, zaminə buraxılıb və tezliklə məhkəmə qarşısına çıxarılacaq.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.