Dünya

“Bu, məyusluqdur” - Zelenski

25 Dekabr 2022 23:37
Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Milad günü ilə bağlı dünyaya çağırış edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Zelenski 2022-ci ilin Ukrayna xalqı üçün ağır keçdiyini qeyd edib.

​​"Biz ənənəvi Milad ruhunu fərqli hiss edirik. Masalarımızda şam yeməyi dadlı və isti deyil. Ətrafda boş oturacaqlar var. Evlərimiz, küçələrimiz işıqlandırılmır. Bu, məyusluqdur. Təəssüf ki, bu il bütün bayramlar bizim üçün acı oldu. Möcüzə gözləməməli, onu özümüz yaratmalıyıq", - deyə  Zeıenski bildirib.

Ukrayna Prezidenti 2023-cü ilin onlar üçün uğurlu olacağına inandığını bildirib:

"Bayramlarımızı qeyd edəcəyik, gülərək xoşbəxt olacağıq, həmişəki kimi sevinəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.