Dünya

KİV: “Rusiya dronlar müqabilində İrana “Su-35” eskadrili ötürə bilər”

25 Dekabr 2022 20:07
Baxış: 971
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya "Şahid" kamikadze pilotsuz uçan aparatları müqabilində tezliklə İrana 24 ədəd "Su-35" döyüş təyyarəsi verə bilər.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "report" xarici mətbuata istinadən xəbər verir.

Telekanalın Moskva ilə Tehran arasında hərbi əməkdaşlığı izləyən Qərb kəşfiyyatındakı mənbələrinin məlumatına görə, söhbət əvvəldən Misir üçün nəzərdə tutulan 24 qırıcıdan gedir.

Bildirilib ki, ABŞ Qahirəni sövdələşmədən imtina etməyə razı salıb, rusiyalılar isə təyyarələr üçün alıcı axtarırmış. Beləliklə, İran dronlar verməyə başlayandan sonra Rusiya bu ölkəyə təyyarə satmağa qərar verib.

Qərb kəşfiyyatının məlumatına görə, iranlı pilotların yeni təyyarələrdə təlimi tam sürətlə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.