Dünya

Əfqan oğlanlar universitetlərdə qızlarla birgə oxumaq istəyirlər

25 Dekabr 2022 15:05
Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda ali məktəbdə oxuyan oğlan tələbələr "Taliban"nın qızların universitetlərə buraxılmaması ilə bağlı göstərişinə etiraz olaraq aksiyalar təşkil ediblər.

Belə ki, bu gün Əfqanıstanın Bəlx vilayətində oğlan tələbələr üç universitetdə imtahanları boykot ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər həmin üç universitetdən biri olan, Məzari-Şərif şəhərində yerləşən Əfqan Pamir Özəl Universitetində çəkilib.

Oxşar aksiyalar Bəlx Dövlət Universitetində və Mövlana Cəlaləddin Məhəmməd Bəlxi adına universitetdə baş tutub.

Xatırladaq ki, daha əvvəl Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatlı dörd səbəb irəli sürərək qadınların universitetlərdə təhsil alması qadağan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.