Dünya

Bacının sözünə qulaq asıb səhv başa düşəndə - VİDEO - FOTO

24 Dekabr 2022 02:22
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyada dörd yaşlı qız oyun avtomatından yumşaq oyuncaq çıxarmaq istəyərkən orada ilişib qalıb.

Məlumata görə, qızcığaz böyük bacısının məsləhətinə qulaq asaraq maşından oyuncaq ayı götürməyə qərar verib, lakin onun sözlərini səhv başa düşüb: mükafatını almaq üçün özü qutuya girib, lakin geri çıxa bilməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qızının düşdüyü vəziyyət görənlərdə, o cümlədən anasında gülüş yaradıb.

Uşağın atası dərhal köməyə gəlib və azad olmaq üçün ona nə etməli olduğunu deməyə başlayıb. Qızcığaz xəsarət almadan oradan çıxa bilib.

"Həyat yoldaşım dülgərdir, ona görə də dəqiq bilirdim ki, onu çıxaracaq. Mən isə gülür və olanları videoya çəkirdim. Bu, onun 18-ci ad günü üçün əla hekayə olacaq", - deyə ana baş verənləri şərh edib.

O, hər cür köməklik göstərməyə çalışan ticarət mərkəzinin əməkdaşlarına da təşəkkür edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.