Dünya

Aİ Rusiyanın bu generalına da sanksiya tətbiq etdi

16 Dekabr 2022 23:43
Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqının "qara siyahısı"na Rusiya Baş nazirinin üç müavini, bir neçə rusiyalı nazir, Konstitusiya Məhkəməsinin sədri və hakimləri, Dövlət Dumasının 42 deputatı, Federasiya Şurasının üzvləri və bir sıra digər rəsmi şəxslər daxil edilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, İttifaq Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin direktoru, ordu generalı Viktor Zolotova qarşı da sanksiya tətbiq edib.

Aİ-nin qətnaməsində deyilir ki, məhdudiyyətlər Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.