Dünya

"Putinin nüvə ritorikasının məqsədi..."

16 Dekabr 2022 23:16
Baxış: 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya hücumu İkinci Dünya Müharibəsindən sonra Avropanın üzləşdiyi ən ağır təhlükəsizlik böhranıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "France24"ə müsahibəsində deyib.

"Bu təhlükəsizlik üçün mühüm andır, dönüm nöqtəsidir", - deyə o qeyd edib.

Stoltenberq son vaxtlar Putindən gələn nüvə təhdidlərinin azaldığını qeyd etsə də Alyansın sayıq davrandığını və vəziyyəti daim nəzarətdə saxlayacağını deyib.

"Nüvə silahının ritorikası ehtiyatsızlıqdır, təhlükəlidir. Onun məqsədi, əlbəttə ki, bizi Ukraynanı dəstəkləməkdən çəkindirməkdir, lakin o, buna nail olmayacaq", - deyə Stoltenberq vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.