Dünya

Qadın ad günündə sevgilisini bıçaqladı - Səbəb təəccübləndirir

13 Dekabr 2022 03:22
Baxış: 4 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistan sakini gecikdiyi üçün sevgilisini boğazından bıçaqlayaraq az qala öldürəcəkdi.

Milli.Az bildirir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Cütlük altı aydan çoxdur ki, münasibətdə olub. Qadın doğum gününü dekabrın altısı partnyoru ilə qeyd etmək qərarına gəlib. Sevgililər restoranda görüşəcəkdilər, lakin kişi vaxtında gəlməyib. İki saat gecikib, nəhayət gələndə məlum olub ki, o sərxoş olub. Cütlük mübahisə edib və kişi əsəbiləşərək qadının üzünə vurub. Daha sonra qadın yanında olan tikiş bıçağını çıxararaq sevgilisinin boğazına sancıb.

Dərin yara alan şəxs xəstəxanaya çatdırılıb. Onun ifadəsi əsasında qadına qarşı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.