Dünya

8 yaşlı uşaq 5 yaşlı dostunu başından güllələdi

6 Dekabr 2022 15:48
Baxış: 1 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da səkkiz yaşlı uşaq beş yaşlı dostuna tapançadan atəş açıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, zərərçəkən ağır vəziyyətdə vertolyotla xəstəxanaya yerləşdirilib.

Başından güllə yarası alan azyaşlı əvvəlcə ən yaxın xəstəxanaya aparılıb, sonra isə helikopterlə başqa klinikaya yerləşdirilib. Onun vəziyyəti kritikdir.

Hazırda ən 8 yaşlı uşağın odlu silahı haradan tapdığı, o cümlədən hadisə zamanı evdə neçə nəfərin olduğu barədə dəqiq məlumat yoxdur.

Hadisədən sonra 3 nəfər saxlanılıb, lakin hələlik heç bir ittiham irəli sürülməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.