Dünya

Popkorn qutusunda 852 million dollarlıq bitkoinlər tapılıb

16 Noyabr 2022 16:24
Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis ABŞ-ın Corciya ştatı sakininin vanna otağında saxlanılan popkorn qutusunda 50 mindən çox oğurlanmış bitkoin tapıb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Kriptovalyuta təxminən on il əvvəl 2013-cü ildə FTB tərəfindən bağlanan "İpək Yolu" qanunsuz bazarından oğurlanıb. 32 yaşlı Ceyms Çun 2021-ci ildə 50,6 min bitkoinin müsadirə edildiyi oğurluqda günahını etiraf edib. O zaman onların dəyəri 3,3 milyard dollar qiymətləndirilib, lakin o vaxtdan bitkoinin qiyməti aşağı düşüb və hazırda onların dəyəri cəmi 852 milyon dollardır.

Məlum olub ki, oğurluq edən şəxs on il əvvəl "İpək Yolu"nda doqquz hesabı qeydiyyatdan keçirib və onlardan çoxlu pul çıxarılması sorğuları göndərib, buna görə də sayt ona hesaba yatırılan vəsaiti dəfələrlə verib. O, bunu 140 dəfə edib və sonra bitkoinləri ayrı hesablarda gizlədib. Uzun müddət oğurlanmış bitkoinlərin əksəriyyətinin yeri məlum olmayıb.

2019-cu ildə Ceyms Çjun polisə zəng edərək oğurluq barədə məlumat verib. O, ondan çoxlu əşyaların, o cümlədən külli miqdarda bitkoinlərin oğurlandığını bildirib. Adlarını çəkdiyi rəqəmlər vergi xidmətinin diqqətini çəkib. Araşdırmadan sonra Çjunun evində axtarış qərarı verilib.

Kişinin vanna otağında polis Çjun tərəfindən oğurlanmış bitkoinlərin olduğu balaca kompüteri popkorn qabında tapıb. Bundan əlavə, səlahiyyətlilər ondan 662 min dollar nağd pul, bitkoin loqosu olan sikkələr, qiymətli kağızlar, 11 külçə qızıl və gümüş müsadirə ediblər.

Həmin şəxs həbs edilib və onu 20 ilə qədər həbs gözləyir. Yerli hakimiyyət orqanları onun törətdiyi cinayəti kriptovalyutanın ən böyük oğurluğu adlandırıblar.

2022-ci ilin mart ayında Çjun könüllü olaraq əldə etdiyi bitkoinləri hökumətə təhvil verməyə başlayıb. Ümumilikdə o, mindən çox bitkoin təhvil verib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.