Dünya

Hava limanına yaxınlaşan təyyarəyə güllə dəydi

12 Noyabr 2022 18:44
Baxış: 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beyrut hava limanında yerli siyasətçi Paula Yakubyanın uçduğu Livanın milli aviaşirkəti "Middle East Airlines"a məxsus təyyarə naməlum şəxslərin atdığı güllə ilə vurulub.

Milli.Az bildirir ki, hadisə barədə "Aljadeed" məlumat yayıb.

Yakubyan Twitter-də güllənin təyyarənin gövdəsini deşdiyini göstərən foto paylaşıb. Təyyarənin göyərtəsində olan sərnişinlərdən heç biri xəsarət almayıb.

"Heç kimin zərər görmədiyi üçün şükür etmək lazımdır. Silahların və sahibsiz güllələrin nəzarətsiz dövriyyəsinə son qoyulmalıdır", - o yazıb.

"Aljadeed"in məlumatına görə, siyasətçi "Middle East Airlines"a məxsus İordaniyadan Beyruta gedən təyyarədə olub. Aviadaşıyıcının rəhbəri Mohammed al-Hout bildirib ki, oxşar hadisələr Livan paytaxtının hava limanında əvvəllər də baş verib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.