Dünya

Bir-birinə sadiq qala bilən evli cütlüklərə dövlət mükafatı veriləcək

12 Noyabr 2022 13:45
Baxış: 1 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çex senatorları bir-birinə sadiq qala bilən evli cütlüklərə dövlət mükafatının təsis edilməsini təklif ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Senatda ailə məsələləri üzrə yeni altkomitə yaradılıb. Komitənin ilk iclasının iki həftədən sonra baş tutması nəzərdə tutulur. İclasın gündəmində təşkilati məsələlərlə yanaşı, bir qədər qəribə məsələ də dayanır: Evlilikdə sədaqətə görə Senat mükafatının təsis edilməsi təklifi", - deyə məlumatda qeyd edilib.

Belə bir təşəbbüslə altkomitənin sədri, senator Yidka Çalankova çıxış edib.

"Məqsəd - onilliklər boyu birlikdə yaşayan evli cütlükləri şərəfləndirməkdir. Biz evliliyin gözəlliyini göstərmək istəyirik", - deyə Çalankova açıqlama verib.

Mükafata layiq görüləcək şəxslərin məhz necə seçiləcəyi, senatorların sadiqliyi necə "yoxlayacaqları" hələ ki müəyyən edilməyib.

"Düşünürəm ki, müxtəlif təşkilatlar və ya bələdiyyələr yaxşı nümunə ola biləcək cütlüklər barədə müvafiq təkliflər verə bilər", - deyə senator əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.