Moskva ilə danışıqlarda qapını bağlamamışıq.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski CNN telekanalına müsahibəsində bildirib.
"Mən Rusiya ilə danışıqlara hazır olduğumuzu demişəm. Ancaq başqa Rusiya ilə - həqiqətən sülhə hazır olan Rusiya ilə danışıqlara hazırıq", - deyə Zelenski qeyd edib.
Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ölkəsi hazırda ortaya çıxan reallıqları nəzərə alaraq Ukrayna ilə danışıqlara hazırdır.
Milli.Az