Dünya

"Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik"

9 Noyabr 2022 22:49
Baxış: 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"NATO müttəfiqləri və tərəfdaşları Ukraynaya görünməmiş dəstək verirlər. Rəy sorğularına, NATO-nun müttəfiq ölkələrindən gələn siyasi mesajlara baxdığımız zaman gördüyümüz odur ki, hamı nə qədər lazımdırsa, köməyi davam etməyə hazırdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşdən sonra jurnalistlərə bildirib.

"Təbii ki, hər zaman fərqli fikirlər var. Demokratik cəmiyyətlərdə həmişə belədir, lakin ümumi çoxluq, NATO müttəfiqlərinin açıq mesajı ondan ibarətdir ki, biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Onların qalib gəlməsi, Ukraynanın Avropada suveren müstəqil dövlət kimi mövcudluğu bizim marağımızdadır. Söhbət ABŞ-dakı seçkilərə gəldikdə..., bu nəticələrin təfərrüatlarına toxunmaq mənə düşməz, xüsusən ona görə ki, hələ də hesablamalar davam edir. Ancaq tamamilə aydındır ki, ABŞ-da Ukraynaya davamlı yardım üçün güclü dəstək var. Bu yanaşma dünən ABŞ-da baş tutan seçkilərlə də dəyişməyib", Stoltenberq vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.