Dünya

Manyak bir sıra qətllər və zorlamalara görə ömürlük həbs cəzası alıb

30 Oktyabr 2022 01:48
Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tatarıstanın Ali Məhkəməsi 50 yaşlı Kazan sakinini 2009-2017-ci illərdə törədilən silsilə qətllər işi üzrə ömürlük həbs cəzasına məhkum edib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin respublika şöbəsinin nümayəndəsi Andrey Şeptitski məlumat verib.

Mətbuatda "Kazan manyakı" adlandırılan İqor Ptitsin 12 qətl, cəhd və zorlama epizodlarında təqsirli bilinib. Bundan əvvəl Tatarıstanın prokuroru İldus Nafikov ona ömürlük həbs cəzası istəyib. Məhkəmə dövlət ittihamçısının rəyi ilə razılaşıb. Həmçinin manyaka psixiatr tərəfindən məcburi müşahidə və müalicə təyin edilib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2009-2017-ci illərdə Kazanda qadın və qızlara hücum edib. O, üç nəfəri öldürüb, dörd nəfər sağ qala bilib, ikisi isə ağır yaralanıb.

Manyakın şəxsiyyəti 2009-cu ilin yayında Kazanın Aviastroitelnı rayonunda meşədə meyiti tapılan 30 yaşlı qadının qətli yerindən götürülmüş genomik məlumatların federal məlumat bazasının yoxlanılması nəticəsində müəyyən edilib. Həbsdən sonra həmin şəxs törətdiyi cinayəti etiraf edib və məhkəməyə qədər əməkdaşlıq müqaviləsi bağlayıb.

İş üzrə ümumilikdə 100-ə yaxın ekspertiza aparılıb, 100-dən çox şahid dindirilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.