Dünya

100-dən çox deputat Sunakı dəstəkləyib

22 Oktyabr 2022 07:55
Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak baş naziri postu uğrunda mübarizədə hakim Mühafizəkarlar Partiyasından olan 100-dən çox deputatın dəstəyini qazanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, digər mümkün namizəd - keçmiş hökumət başçısı Boris Conson tori fraksiyasında olan 67 deputatın dəstəyini alıb.

Eyni zamanda, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının (aşağı palata) lideri, seçki yarışında iştirakını rəsmən elan edən ərizəçilərdən yeganə olan Penni Mordont Mühafizəkarlar fraksiyasının 18 üzvündən səs alıb.

Parlamentin aşağı palatasının Mühafizəkarlar Partiyasından olan deputatları oktyabrın 24-ü saat 14:00-a qədər (Bakı vaxtı ilə 17:00) baş nazir postuna öz namizədlərini irəli sürə bilərlər.

Namizəd parlament səsverməsinin növbəti raundunda iştirak etmək üçün fraksiyadakı 357 deputatdan 100-ün səsisni qazanmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.