Dünya

“Taliban” 250 min dolların İrana keçirilməsinin qarşısını aldı

17 Oktyabr 2022 15:32
Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" Əfqanıstanın Herat əyalətindən İrana qaçaqmalçılıq yolu ilə pul keçirmək cəhdinin qarşısını alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü radikal hərəkatın yaratdığı Əfqanıstan hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb.

"Saxlanılan şəxs Herat əyalətindən İrana qaçaq yolla 250 min dollar keçirməyə cəhd edib. Əməliyyat zamanı məlum olub ki, həmin şəxs pulu avtomobil oturacağında gizlədib", - deyə məlumatda bildirilib.

"Taliban" şübhəlinin kimliyi, eləcə də bu məbləğin mənbəyi barədə ətraflı məlumat verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.