Dünya

Almaniya 5 min Ukrayna hərbçisinə təlim keçəcək

16 Oktyabr 2022 23:16
Baxış: 999
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya silahlı qüvvələrinin komandanlığı Avropa İttifaqının planlaşdırılan missiyası çərçivəsində 5 min ukraynalı hərbçini təlimlərə qəbul etmək niyyətindədir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə N-TV məlumat yayıb.

Yeni çağırışçılar Aİ missiyası çərçivəsində ilkin hazırlıq keçəcək, daha təcrübəli əsgərlər isə xüsusi təlimlərə göndəriləcək. Bundesverdə Ukraynadan gələn hərbçilər "Iris-T" hava hücumundan müdafiə sistemi ilə işləmək üçün təlim keçəcəklər.

Almaniya mətbuatının yazdığına görə, belə qurğulardan biri artıq Kiyevə təhvil verilib.

Ümumilikdə Aİ missiyası 15 000 hərbi personala təlim keçməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.