Dünya

Borel İranın Evin həbsxanasındakı vəziyyətdən narahatlığını bildirib

16 Oktyabr 2022 22:29
Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel məhbuslar arasında münaqişə nəticəsində yanğının baş verdiyi İranın Evin həbsxanasındakı vəziyyətdən narahatlığını bildirib.

Milli.Az "report"a istinadən bildirir ki, o bu barədə tviterdə yazıb.

"İran hakimiyyəti bütün məhbusların, o cümlədən insan haqları fəallarının və Avropa İttifaqı vətəndaşlarının həyatına cavabdehdir. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiana dərin narahatlığımı bildirdim", - Cozef Borel qeyd edib.

Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ baş verənlərlə bağlı ən şəffaf məlumat gözləyir.

Qeyd edək ki, ötən gün (15 oktyabr - Red) İran paytaxtının Evin həbsxanasında üsyan baş verib. Məhbuslar həbsxanadakı dərzilik sexini yandırıblar. Yanğın nəticəsində 4 məhbus ölüb, 61 nəfər yaralanıb. Hazırda onlardan 10-u xəstəxanada müalicə alır və 4 nəfərin vəziyyəti ağırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.