Dünya

“Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmayın” - Rahmondan Putinə müraciət

14 Oktyabr 2022 23:23
Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tacikistan Prezidenti Emoməli Rəhmon Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Mərkəzi Asiya ölkələrinə SSRİ kimi yanaşmamağa çağırıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə informburo.kz portalı məlumat yayıb.

MDB Dövlət Başçıları Şurasının sammitində Rusiya liderinə müraciət edən Rəhmon bildirib ki, onun ölkəsi əsas strateji tərəfdaşı olan Rusiya Federasiyasının maraqlarına hörmət edir və ona hörmətlə yanaşılmasını istəyir.

Rəhmon çıxışı zamanı Sovet İttifaqının dağılmasının şahidi olduğunu da qeyd edib:

"İndiki kimi biz şahidi olurduq ki, kiçik respublikalara, kiçik xalqlara diqqət yox idi. Ənənələr və adətlər nəzərə alınmırdı. Onların inkişafı dəstəklənmirdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.