Dünya

SpaceX Ukraynada peyk internet sistemini maliyyələşdirmək istəmir

14 Oktyabr 2022 22:42
Baxış: 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SpaceX şirkəti Ukraynada "Starlink" peyk internet sistemini sonsuzadək maliyyələşdirə bilməyəcəyini açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask Tvitterdə bildirib.

"SpaceX şirkəti indiyədək yaranan xərcləri tələb etmir, lakin o mövcud sistemi sonadək maliyyələşdirə və əlavə minlərlə terminal tədarük edə bilməz. Belə terminalların xərci məişətdə işlədilənlərdən 100 dəfə çoxdur" - deyə Mask vurğulayıb.

Ukraynada münaqişə başlayandan bir neçə gün sonra SpaceX şirkəti ölkəni "Starlink" peyk internet sistemi ilə təchiz edib. Bu sistem sayəsində ukrayna ordusu həm etibarlı rabitə sistemi qura, həm də PUA-ları yönləndirə bilir. Son günlərdə isə sistemdə müəyyən boşluqlar aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.