Dünya

1 yaşlı qıza ölən adamın bağırsağını köçürdülər

13 Oktyabr 2022 17:24
Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın Madriddəki La Paz Universitet Xəstəxanasının alimləri dünyada ilk dəfə ölü bir insandan 13 aylıq qıza bağırsaq transplantasiyası əməliyyatı keçiriblər.

Milli.Az bildirir ki, bu barədə "Kadena SER" radiostansiyası xəbər verib.

Qıza həyatının ilk ayından bağırsaq çatışmazlığı diaqnozu qoyulub. Əvvəllər oxşar cərrahi əməliyyatlar (asistol donorunun orqanı ilə) heç vaxt uğurla həyata keçirilməyib. Transplantasiya xəstəxanası İspaniyada bütün növ uşaq transplantasiyasına icazə verən yeganə xəstəxanadır. Qız artıq xəstəxanadan buraxılıb, səhhətinin yaxşı olduğu müşahidə edilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.