Dünya

Xerson vilayətində 75 yaşayış məntəqəsi azad olunub

12 Oktyabr 2022 21:34
Baxış: 961
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Xerson vilayətində indiyədək 75 yaşayış məntəqəsi azad olunub".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Ukraynanın Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç "Suspilni"nin efirində deyib.

Onun sözlərinə görə, sadəcə oktyabr ayı ərzində Ukrayna Silahlı Qüvvələri vilayətin 29 yaşayış məntəqəsində mavi-sarı bayrağı sancıblar:

"Xerson vilayətinin azad olunması davam edir. Təəssüf ki, daha çox danışa bilməyəcəyəm, çünki informasiya sükutuna riayət edilməlidir. Ancaq biz hər gün yaxşı xəbərlər gözləməliyik".

Y.Yanuşeviç deyib ki, azad olunmuş ərazilərdə vəziyyət dəhşətlidir. Onun sözlərinə görə, orada xeyli dağıdılmış ev, məktəb, uşaq bağçası və xəstəxana var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.