Dünya

İlon Mask Putinlə Ukraynanı müzakirə edib?

12 Oktyabr 2022 18:04
Baxış: 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tesla" və "Speys X" şirkətlərinin rəhbəri, iş adamı İlon Mask Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada sülh planını müzakirə etmədiyini bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, Putinlə yalnız bir dəfə danışdığını deyib.

"Bu, elə deyil. Putinlə cəmi bir dəfə, təxminən 18 ay əvvəl danışmışam. Mövzu kosmos idi", - deyə Mask bildirib.

Qeyd edək ki, "Eurasia Group" analitik mərkəzi Maskın bir neçə həftə əvvəl Putinlə Ukrayna ilə bağlı sülh planını müzakirə etdiyini iddia etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.