Dünya

Ərini qısqanıb ofisiant qızı bıçaqladı

10 Oktyabr 2022 19:00
Baxış: 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya sakini, 47 yaşlı Luiza Santos Pedro adlı aşpaz ərinə qısqanclıq zəminində gənc ofisiant qızı bıçaqlayıb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

"Three Horseshoes" pabın sahibəsi Luiza ərinin 18 yaşlı ofisiant Hanna Pritçettin adını ucadan qışqırdığını eşitdikdən sonra onu qısqanıb. Qadın Pedro ilə Hannanın cinsi əlaqədə olduğunu düşünüb. Britaniyalı ofisiantın tək qalmasını gözləyib, bıçağı götürüb iki dəfə sol böyrünə vurub. Hanna səkkiz və 17 santimetr dərinlikdə iki bıçaq yarası alıb.

Bundan sonra Luiza həbs olunub. Qadın qəsdən xəsarət yetirməkdə təqsirli olduğunu etiraf edib və hökmü gözləyir. Məhkəmə iclası zamanı britaniyalı Hannanın pabın mətbəxinə girərkən "həmişə ərinə yaxınlaşmağa çalışdığını" iddia edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.