Dünya

Fransa vətəndaşlarına İranı tərk etməyi tövsiyə etdi

8 Oktyabr 2022 09:22
Baxış: 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Xarici İşlər Nazirliyi İrandakı vətəndaşları mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Fransa XİN-in yaydığı bəyanatda yer alıb.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

"İranda tranzit keçən Fransa vətəndaşlarından özbaşına saxlanma risklərini nəzərə alaraq, mümkün qədər tez ölkəni tərk etmələri xahiş olunur".

Nazirlik bildirir ki, İrandakı Fransa vətəndaşları həbs və ədalətsiz mühakimə riski ilə üzləşirlər.

Fransa Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Fransanın Tehrandakı səfirliyinin İranda saxlanılan və ya həbs edilən vətəndaşları konsulluq mühafizəsi ilə təmin etmək imkanları çox məhduddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.