Dünya

“Şübhəni artıran sübutlar tapılıb” – Avropanı silkələyən olayda yeni gəlişmə

6 Oktyabr 2022 21:05
Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şimal Axını 1" və "Şimal Axını 2" qaz kəmərlərində sızma ilə bağlı araşdırmaya rəhbərlik edən İsveç prokuroru Mats Lunqqvist enerji xətlərinə qarşı təxribat şübhələrini artıran sübutlar tapıldığını açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, İsveç xarici işlər naziri Ann Linda isə baş verənlərin 1980-ci ildən bəri ölkəsinin başına gələn ən ciddi təhlükəsizlik problemi olduğunu bildirib.

"Şimal Axını 1" və "Şimal Axını 2" boru kəmərləri ilə bağlı baş verənlər Avropa və onun yaxınlığında pisləşən təhlükəsizlik siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Hazırda bunu kimin etdiyinə əmin deyilik. Bununla belə, təxribat şübhəsi İsveç üçün hərbi təhlükə kimi qəbul edilməməlidir", - nazir deyib.

Bir sıra Avropa Birliyinin bəzi üzvləri baş verənlərə görə Rusiyanı ittiham edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.