Dünya

Bu ölkədə hökumət əleyhinə mitinq keçirilir

2 Oktyabr 2022 19:48
Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Buxarestdə hökumət əleyhinə böyük nümayiş təşkil olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Agerpres agentliyi məlumat yayıb.

Məlumata görə, 3000 nəfər nümayişçi Universitet Meydanından Qələbə Meydanına doğru yürüş ediblər, hazırda hökumət qərargahı qarşısında mitinq davam edir. Əksəriyyəti milli geyimdə olan iştirakçılar üçrəngli dövlət bayraqlarını dalğalandırır, vətənpərvərlik mahnıları oxuyur, nağara və vuvuzela çalırlar.

Onların bir çoxu paytaxta başqa ərazilərdən avtobuslarla gətirilib. Buxarestin mərkəzində keçirilən yürüş zamanı nəqliyyatın hərəkəti tamamilə bağlanıb.

İştirakçılar "İstefa!", "Oğrular!" və "Birlik!" şüarları səsləndirirlər.

Nazirlər Kabinetinin rəhbəri Nikolae Çukanın da daxil olduğu bir sıra nazirlərin istefasını tələb edir.

Onlar əsasən ölkədə yaşayışın, hər şeydən əvvəl işıq və qazın bahalaşmasına etiraz edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.