Dünya

Camal Kamal vəfat etdi

27 Sentyabr 2022 11:49
Baxış: 1 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın dostu, Özbəkistanın Xalq şairi Camal Kamal 85 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə "qafqazinfo"ya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Camal Kamalın əsas xidmətlərindən biri müqəddəs "Qurani-Kərim"in özbək dilinə tərcümə etməsidir. Şair, həmçinin bir sıra Azərbaycan şairlərinin - Məhəmməd Füzuli, Xəlil Rza, Bəxtiyar Vahabzadənin əsərlərini özbək dilinə çevirib.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.