Dünya

"Son sutkada Rusiyanın 550 hərbçisi məhv edilib" - Ukrayna Baş Qərargahı

27 Sentyabr 2022 11:43
Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son sutkada Ukraynada Rusiya ordusunun 550 hərbçisi məhv edilib".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 57 750-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 306 tank, 4 881 zirehli döyüş maşını, 1 378 artilleriya sistemi, 331 reaktiv yaylım atəşi sistemi, 175 hava hücumundan müdafiə sistemi, 261 təyyarə, 224 helikopter, 977 PUA, 241 qanadlı raket, 15 gəmi, 3 730 avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikadan ibarətdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.