Dünya

Bu uşağın Kim Çen Inın qızı olduğu iddia edilir - FOTO

27 Sentyabr 2022 08:02
Baxış: 1 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya lideri Kim Çen In bu dəfə ailəsi ilə gündəmdədir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Şimali Koreya Dövlət Televiziyasında yayımlanan verilişdəki kiçik qızın Kim Çen Inın qızı ola biləcəyi iddia edilir.

Ölkənin qurulmasının 75-ci ildönümü tədbirində səhnədə rəqs edən kiçik qız dünya mediasının diqqətini çəkib. Belə ki, çinli mütəxəssislərin iddiasına görə, kameraların daha çox həmin uşağa fokuslanması, eləcə də səhnədə saçını toplamayan yeganə qız olması, Kim Çenin onun çıxışı zamanı daha çox sevinməsi bunu söyləməyə əsas verir. Bundan başqa, tədbirdən sonra Kim Çen Inın xanımı Ri Sol Ju qıza yaxınlaşaraq onunla xüsusi rəftar edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.