Dünya

ABŞ-da fermerlər Ukraynaya dəstək üçün nəhəng labirint yaratdılar - FOTO

9 Sentyabr 2022 18:15
Baxış: 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nyu-York ştatının kəndlərindən birində fermerlər ailəsi qarğıdalı tarlasında "We stand with Ukraine" (Biz Ukraynanın yanındayıq) sözləri yazılmış nəhəng labirint yaradıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kris və Con Kelderinin Ukraynada qohumları yoxdur və heç vaxt orada olmayıblar, lakin onlar amansız müharibəyə biganə qala bilməyiblər.

Martın əvvəlində onlar Ukraynaya dəstək verən humanitar mesaj kimi öz qarğıdalı tarlalarında labirint qurmaq qərarına gəliblər.

Kelders 250 hektarlıq sahədə lazımi işarələri tərtib edən dizaynerləri dəvət edib və onların layihəsi əsasında bitkilərin arasından əllə yollar çəkib. Nəticədə lazımi təsvir alınıb.

Cütlük layihədən əldə olunan gəlirin bir hissəsini Ukrayna üçün humanitar yardım fonduna köçürməyi planlaşdırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.