Dünya

Fransalı senatorlar Tayvana səfər edəcəklər

6 Sentyabr 2022 22:56
Baxış: 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Senatının beş nəfərdən ibarət nümayəndə heyəti sentyabrın 7-də Tayvana gedəcək.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ada dövlətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətinə Fransa Senatının Avropa məsələləri üzrə komitəsinin sədr müavini Kiril Pellevatın rəhbərlik edəcəyi bildirilir.

Səfər 6 gün davam edəcək və fransalı senatorlar tayvanlı rəsmi şəxslərlə görüşəcəklər. Tərəflər Hind-Sakit okeanı regionunda təhlükəsizlik, texnologiya, innovasiya sahəsində əməkdaşlıq, təchizat zəncirləri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, Kiril Pellevat 2016 və 2017-ci illərdə Taypeydə səfərdə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.