Dünya

Təyyarə okeana düşüb

5 Sentyabr 2022 08:59
Baxış: 1 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın qərbində, Vaşinqton ştatının Sietl şəhəri yaxınlığında, Myutini-Bey bölgəsində biri uşaq olmaqla on nəfəri daşıyan təyyarə Sakit okeana düşüb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.

Qəza yerinə Sahil Mühafizəsinin əməkdaşları cəlb edilib. Qeyd olunub ki, təyyarənin düşdüyü yerdə təhlükəsizlik zonası yaradılıb.

Bir nəfərin cəsədi tapılıb, daha doqquz nəfər itkin düşmüş hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.