Dünya

Sabah Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq

4 Sentyabr 2022 21:54
Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, sabah Britaniya saatı ilə təxminən 12:30 radələrində yeni baş nazirin adı açıqlanacaq.

Vəzifəyə hazırkı xarici işlər naziri Liz Trass və ya keçmiş maliyyə naziri Rişi Sunak seçiləcək.

Qalib Mühafizəkarlar partiyasının üzvləri arasında keçirilən səsvermə yolu ilə müəyyən edilir.

Partiyanın üzvləri Böyük Britaniya əhalisinin 1%-dən azını təşkil edir.

Boris Consonun istefasının isə bir gün sonra, 6 sentyabrda kraliçaya elan ediləcəyi gözlənilir.

96 yaşlı kraliça vəzifədən gedən baş naziri Şotlandiyadakı qəsrində qəbul edəcək. O, yeni seçiləcək baş naziri də burada qəbul edəcək.

Xatırladaq ki, Kraliça Elizabetin 70 illik hakimiyyəti dövründə 14 baş nazir olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.